Orta büdcəli Samsung Galaxy M55s smartfonu təqdimata hazırlaşır
Cihazlar+
11.07.2024
Emil Nəcəfov
Samsung şirkəti yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s-dən gedir. İndi isə məlum olub ki, sözügedən smartfon Wi-Fi Alliance təşkilatında sertifikatlaşdırmadan keçib. Bu isə Galaxy M55s-in yaxın zamanda təqdim olunacağına işarə edir. Qeyd etmək lazımdır ki, Galaxy M55s smartfonu Galaxy M seriyasının uzun fasilədən sonra ilk s versiyalı modeli olacaq. Belə ki, Galaxy M52, M53 və M54 smartfonları s versiyaya sahib deyillər. Gözləntilərə əsasən Galaxy M55s smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik əsas arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Galaxy AI ekosistemi ilin sonuna kimi 200 milyon ədəd Samsung smartfonunda işə düşəcək
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy AI adlı süni zəka ekosistemi barəsində maraqlı elanı bölüşüb.
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində üstəlik yeni naqilsiz qulaqlıqlarını da təqdim edib. Söhbət, Galaxy Buds 3 və Galaxy Buds 3 Pro-dan gedir.
Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində Galaxy Z Fold 6, Galaxy Z Flip 6 smartfonları və Galaxy Ring smart üzüyü ilə yanaşı yeni smart saatlarını da təqdim edib. Söhbət, Galaxy Watch 7 və Galaxy Watch Ultra-dan gedir.
Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ
Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ
Samsung şirkətinin keçirtmiş olduğu Galaxy Unpacked 2024 tədbiri çərçivəsində ən çox gözlənilən cihazlardan biri olan Galaxy Ring smart üzüyü təqdim olunub.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti Parisdə keçirilmiş Galaxy Unpacked 2024 tədbiri çərçivəsində yeni qatlana bilən smartfonlarını təqdim edib. Söhbət, Galaxy Z Fold 6 və Z Flip 6-dan gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!