
Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.09.2025
Emil Nəcəfov
Samsung şirkəti Galaxy Tab A11 adlı yeni orta büdcəli planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta ölçülü batareyanı əldə edib. Beləliklə Galaxy Tab A11 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 8.7 düym ölçülü LCD ekranla təchiz olunub. Planşet MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Tab A11 planşeti özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab A11 planşeti Hindistanda satışa çıxıb və onun qiyməti 146$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib

2025-ci ilin ikinci rübündə ən çox satılmış smartfonların siyahısı təqdim edilib
Counterpoint analitik şirkətinin məlumatına görə, 2025-ci ilin ikinci rübündə dünyanın ən çox satılmış 10 smartfon siyahısına yenidən Xiaomi daxil olub - bu dəfə büdcəli Redmi 14C 4G modeli ilə.
Samsung iPhone 17 seriyası səbəbilə Apple şirkətini trollayıb

Samsung iPhone 17 seriyası səbəbilə Apple şirkətini trollayıb
Samsung sosial şəbəkələrdə bir sıra paylaşımlar edib və bu paylaşımlarda Apple-ın həftənin əvvəlində təqdim etdiyi yeni iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air modellərini ələ salıb.
Samsung Galaxy S26 Pro-nun render fotoları təqdim edilib

Samsung Galaxy S26 Pro-nun render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdimatı gözlənilən Samsung Galaxy S26 Pro smartfonunun render fotolarını və onun barəsində bəzi təfərrüatları təqdim edib.
Büdcəli Samsung Galaxy F17 5G təqdim olunub - QİYMƏTİ

Büdcəli Samsung Galaxy F17 5G təqdim olunub - QİYMƏTİ
Samsung şirkəti büdcəli Galaxy F17 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib.
Huawei qatlana bilən smartfonlar bazarının demək olar yarısını ələ keçirib

Huawei qatlana bilən smartfonlar bazarının demək olar yarısını ələ keçirib
Counterpoint Research analitik şirkəti 2025-ci ilin ikinci rübü üzrə qatlana bilən smartfonlar bazarı haqqında yeni hesabat dərc edib. Hesabata əsasən, Huawei 45% bazar payı ilə birinci yeri tutub.
Həftənin xəbərləri

