main-post-cover

    Orta büdcəli Vivo V60 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.08.2025
    Emil Nəcəfov
         Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60-dan gedir. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo V60 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Vivo V60-ın gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 7 Gen 4 prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo V60 özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V60 19 avqust tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 422$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Vivo Y400 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y400-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo T4R 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-t4r-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Qatlana bilən Vivo X Fold 5 smartfonu təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-vivo-x-fold-5-smartfonu-teqdim-olunub-qiymeti
    Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-t4-lite-5g-smartfonu-teqdim-edilib-qiymeti