main-post-cover

    Orta səviyyəli OnePlus Pad Lite planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.07.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti Nord CE5Nord 5 smartfonlarından əlavə olaraq OnePlus Pad Lite adlı yeni planşetini də təqdim edib. Bu yeni planşet böyük ölçülü ekranı MediaTek Helio prosessorunu əldə edib. Beləliklə planşet 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Planşet özündə 4 ədəd səsgücləndiricini birləşdirir. Cihazın çəkisi 530 qram, gövdə qalınlığı isə 7.4 mm təşkil edir. Planşet MediaTek Helio G100 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad Lite özündə 5 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 9340 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad Lite artıq satışa çıxıb və onun qiyməti 229 avrodan start götürür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus Watch 3 43 mm ağıllı saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-3-43-mm-agilli-saati-teqdim-edilib-qiymeti
    Qlobal bazarda OnePlus Nord 5 subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
    qlobal-bazarda-oneplus-nord-5-subflaqman-smartfonu-teqdim-olunub-qiymeti
    Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ
    qlobal-bazarda-orta-budceli-oneplus-nord-ce5-smartfonu-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib
    teqdimata-hazirlasan-oneplus-pad-lite-plansetinin-dizayni-sergilenib
    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib