Performanslı OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.10.2025
Emil Nəcəfov
OnePlus şirkəti OnePlus 15 və OnePlus Ace 6 smartfonları ilə yanaşı OnePlus Pad 2 adlı yeni performanslı planşetini də təqdim edib. Planşet böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OnePlus Pad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir.
Planşetin gövdə qalınlığı 5.99 mm, çəkisi isə 579 qram təşkil edir. Planşet MediaTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 8/12/26 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad 2 özündə 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 420 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad 2 artıq Çində satışa çıxıb və qiyməti 393$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli OnePlus Ace 6 smartfonu təqdim olunub - QİYMƏTİ
Orta büdcəli OnePlus Ace 6 smartfonu təqdim olunub - QİYMƏTİ
OnePlus şirkəti OnePlus 15 flaqman smartfonu ilə yanaşı orta büdcəli OnePlus Ace 6 smartfonunu da təqdim edib. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu olduqca böyük həcmli batareyanı əldə edib.
OnePlus 15 flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
OnePlus 15 flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti rəsmi şəkildə OnePlus 15 flaqman smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
OnePlus Ace 6 smartfonu Geekbench testlərindən keçib
OnePlus Ace 6 smartfonu Geekbench testlərindən keçib
OnePlus şirkəti 27 oktyabr tarixində OnePlus 15 flaqman smartfonunu təqdim edəcək. Lakin həmin tarixdə şirkət digər smartfonunu da təqdim edə bilər. Söhbət, OnePlus Ace 6-dan gedir. İndi isə məlum olub ki, OnePlus Ace 6 smartfonu Geekbench testlərindən keçib.
OnePlus 15-in təqdimatı anons edilib
OnePlus 15-in təqdimatı anons edilib
OnePlus şirkəti öz növbəti flaqman smartfonu olacaq OnePlus 15-in təqdimatını anons edib.
Büdcəli OnePlus Buds 3V naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Büdcəli OnePlus Buds 3V naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
OnePlus yeni büdcəli naqilsiz qulaqlığı OnePlus Buds 3V-ü təqdim edib. Bu yeni qulaqlıq 12.4 mm diametrli iri dinamik drayverlərlə təchiz olunub və zəngin, detallı səs təmin edir.
Həftənin xəbərləri