main-post-cover

    Philips Evnia 27M2N3800A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    11.07.2025
    Emil Nəcəfov
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3800A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və iki ədəd stereo səsgücləndiricini birləşdirir. Philips Evnia 27M2N3800A bu ay ərzində satışa çıxacaq və onun qiyməti 360 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Philips 32M3C3540 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-32m3c3540-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 27M2N3501PA gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n3501pa-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips 27M2N8500X gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-27m2n8500x-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Büdcəli Philips 27M2N3500UK gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-philips-27m2n3500uk-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Kiberidmançılar üçün Philips Evnia 25M2N5200U gaming monitoru təqdim edilib - QİYMƏTİ
    kiberidmancilar-ucun-philips-evnia-25m2n5200u-gaming-monitoru-teqdim-edilib-qiymeti