
Philips Evnia 27M2N8800 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
25.04.2025
Emil Nəcəfov
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N8800 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 97.6%-ni əhatə edir. Monitor özündə Adaptive Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 2.1, USB 3.2 girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. Philips Evnia 27M2N8800 artıq Çində satışa çıxıb və onun qiyməti 892$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Mənbə: Gizmochina
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Böyük ölçülü Philips 34B2U3600C monitoru təqdim edilib - QİYMƏTİ

Böyük ölçülü Philips 34B2U3600C monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti böyük ölçülü ekrana sahib yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips 34B2U3600C adlanır.
Philips 32E1N5800L monitoru təqdim edilib - QİYMƏTİ

Philips 32E1N5800L monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti ofis işləri və müxtəlif kontentlərin izlənməsi üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Philips 32E1N5800L adlanır.
Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ

Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips Evnia 27M2N8500AM adlanır.
Philips 27B1U3900 biznes monitoru təqdim edilib

Philips 27B1U3900 biznes monitoru təqdim edilib
Philips biznes monitorlar kateqoriyasını yeni model ilə genişləndirib. Şirkətin yeni biznes monitoru Philips 27B1U3900 adlanır.
Philips 27E2N1800 monitoru təqdim edilib - QİYMƏTİ

Philips 27E2N1800 monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Philips 27E2N1800 adlanır.
Həftənin xəbərləri

