main-post-cover

    POCO C61 adlı yeni büdcəli smartfon hazırlanır

    Cihazlar+
    14.03.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi dünən POCO X6 Neo adlı yeni büdcəli smartfonunu təqdim etdi. İndi isə məlum olub ki, sözügedən brend daha bir büdcəli smartfonunun təqdimatına hazırlaşır. Söhbət, POCO C61-dən gedir. Təqdimata hazırlaşan bu smartfon 2312BPC51H model nömrəsi ilə Google Play Console-da ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Redmi A3 smartfonu bu model nömrəsinə bənzər bir (23129RN51H) model nömrəsinə sahibdir. Burdan da belə qənaətə gəlmək olar ki, POCO C61 smartfonu Redmi A3-ün fərqli ada sahib versiyası ola bilər. Əgər bu məlumat təsdiqlənsə, deməli POCO C61 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcək, MediaTek Helio G36 prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. POCO C61-in nə zaman təqdim olunacağı hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli POCO X6 Neo təqdim edilib - QİYMƏTİ
    budceli-poco-x6-neo-teqdim-edilib-qiymeti
    Qatlana bilən Xiaomi Mix Fold 4-ün bəzi texniki imkanları açıqlanıb
    qatlana-bilen-xiaomi-mix-fold-4-un-bezi-texniki-imkanlari-aciqlanib
    POCO X6 Neo təqdimatdan öncə online mağazada ortaya çıxıb
    poco-x6-neo-teqdimatdan-once-online-magazada-ortaya-cixib
    Xiaomi SU7-nin satışına bu ayın sonunda start veriləcək
    xiaomi-su7-nin-satisina-bu-ayin-sonunda-start-verilecek
    Xiaomi Mi Band 9 smart qolbağı təqdimata hazırlaşır
    xiaomi-mi-band-9-smart-qolbagi-teqdimata-hazirlasir