main-post-cover

    POCO M6 Pro 4G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.01.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi keçən ilin avqust ayında POCO M6 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə POCO M6 Pro 4G modeli təqdim olunub. Beləliklə POCO M6 Pro 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400х1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Əsas texniki göstəricilərə gəldikdə isə POCO M6 Pro 4G MediaTek Helio G99 Ultra prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon yaxın zamanda satışa çıxacaq. Onun 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 200$-a, 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası isə 250$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7 barəsində yeni məlumatlar verilib
    xiaomi-su7-baresinde-yeni-melumatlar-verilib
    Redmi brendi də öz elektromobilini hazırlaya bilərmi?
    redmi-brendi-de-oz-elektromobilini-hazirlaya-bilermi
    POCO X6 Pro 5G-nin fotoları və bəzi texniki göstəriciləri təqdim edilib
    poco-x6-pro-5g-nin-fotolari-ve-bezi-texniki-gostericileri-teqdim-edilib
    Xiaomi 14 Ultra-nın real fotoları ortaya çıxıb
    xiaomi-14-ultra-nin-real-fotolari-ortaya-cixib
    iPhone-lar premium Android smartfonlardan 2 dəfə daha yaxşı satılır
    iphone-lar-premium-android-smartfonlardan-2-defe-daha-yaxsi-satilir