main-post-cover

    Potensial iPhone 17e nə zaman təqdim olunacaq?

    Cihazlar+
    09.07.2025
    Emil Nəcəfov
         Apple şirkəti fevral ayının sonlarına yaxın iPhone 16e smartfonunu təqdim etdi. Bu smartfon öz növbəsində iPhone SE seriyasını əvəz etdi. Təqdimatdan bir neçə müddət sonra isə məlumat ortaya çıxdı ki, Apple iPhone 16e ilə start verilmiş tendensiyanı davam etdirəcək. İndi isə bunu təsdiqləyən daha bir məlumat evrilib. The Elec saytının vermiş olduğu məlumata əsasən Apple 2026-cı ilin yaz fəslində iPhone 17e smartfonunu təqdim edəcək. Bu smartfon bu ilin sentyabr ayı üçün gözlənilən iPhone 17 smartfon seriyasının bir hissəsi olacaq. Potensial iPhone 17e-nin texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən o, iPhone 16e-nin ekranını əldə edəcək. Söhbət, 6.1 düym ölçülü OLED ekrandan gedir. Son məlumat sızıntılarına inansaq, iPhone 17 modelinin ekranı 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edəcək. Bunun olacağı halda eyni imkanın iPhone 17e-də də olub-olmayacağı dəqiq bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Əfsanəvi Apple Lisa kompüterinin interfeysi ən xırda detalına kimi brauzerə köçürülüb
    efsanevi-apple-lisa-komputerinin-interfeysi-en-xirda-detalina-kimi-brauzere-kocurulub
    Trump administrasiyası Apple-a yenidən təzyiq göstərib
    trump-administrasiyasi-apple-a-yeniden-tezyiq-gosterib
    iPhone 17 seriyasında Dynamic Island interfeys yenilikləri əldə edəcək
    iphone-17-seriyasinda-dynamic-island-interfeys-yenilikleri-elde-edecek
    Apple görmə məhdudiyyətli insanlara süni zəka vasitəsilə yardıma gəlib
    apple-gorme-mehdudiyyetli-insanlara-suni-zeka-vasitesile-yardima-gelib
    Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş
    apple-awb-ve-azure-alternativini-yaratmagi-nezerden-keciribmis