main-post-cover

    Professionallar üçün ASUS ProArt Display PA27UCGE monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.04.2025
    Emil Nəcəfov
         ASUS şirkəti dizayn və videomontaj sahələrində fəaliyyət göstərən professional şəxslər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru ASUS ProArt Display PA27UCGE adlanır. Beləliklə bu yeni monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir.
         Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB 3.2 Gen 1, USB 3.2 Gen 1 Type-C, USB-C girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və 2 vatt gücündə olan 2 ədəd səsgücləndiricini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. ASUS ProArt Display PA27UCGE-nin nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Strix XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ROG Strix OLED XG27UCDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-oled-xg27ucdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS Vivobook 18 noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-vivobook-18-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27AQ3AZ gaming monitoru təqdim edilib
    asus-tuf-gaming-vg27aq3az-gaming-monitoru-teqdim-edilib
    ASUS ROG Swift OLED PG27UCDM gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-swift-oled-pg27ucdm-gaming-monitoru-teqdim-edilib-qiymeti