Qatlana bilən Google Pixel 9 Pro Fold-un bəzi kamera özəllikləri məlum olub
Cihazlar+
07.08.2024
Emil Nəcəfov
Google şirkətinin yeni qatlana bilən smartfonu olacaq Pixel 9 Pro Fold-un təqdimatına sayılı günlər qalıb. Bu yeni smartfon 13 avqust tarixində digər Pixel 9 smartfonları ilə birlikdə təqdim ediləcək. İndi isə Camera FV-5 sertifikasiya sənədləri vasitəsilə Pixel 9 Pro Fold-un kameraları barəsində təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən bu yeni qatlana bilən smartfon 48 MP-lik əsas arxa kameranı əldə edəcək. Əsas arxa kamera f/1.7 diafraqmalı olacaq və özündə optik və elektron stabilizasiya özəlliklərini birləşdirəcək. Smartfonun ön kamerası isə 10 MP-lik olacaq. 10 MP-lik ön kamera f/2.2 diafraqmalı olacaq və onun bucaq əhatəsi 77.8 dərəcə təşkil edəcək. Qeyd etmək lazımdır ki, Pixel 9 Pro Fold-un üstəlik 10.5 MP-lik ultra geniş bucaqlı kameraya və 10.8 MP-lik telekameraya sahib olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkətinin axtarış sistemləri sahəsindəki monopoliyası məhkəmə səviyyəsində təyin edildi
Google şirkətinin axtarış sistemləri sahəsindəki monopoliyası məhkəmə səviyyəsində təyin edildi
ABŞ Ədliyyə Nazirliyi 1 il bundan öncə Google şirkətinə qarşı antimonopoliya məqsədli məhkəmə iddiası qaldırmışdı.
Google smartfonlarda 2G şəbəkəsinin deaktiv edilməsini məsləhət görür
Google smartfonlarda 2G şəbəkəsinin deaktiv edilməsini məsləhət görür
Google şirkəti Android smartfonların istifadəçilərinə öz cihazlarında 2G şəbəkəsini deaktiv etməyi məsləhət görüb. Bu, aşağı səviyyəli təhlükəsizlik ilə bağlıdır.
Google Chrome üçün süni zəka əsaslı 3 yeni funksiya anons edilib
Google Chrome üçün süni zəka əsaslı 3 yeni funksiya anons edilib
Google şirkəti Chrome brauzerinin desktop versiyası üçün süni zəka əsaslı 3 yeni funksiyanı anons edib. Beləliklə Chrome brauzerinin desktop versiyasında istifadəyə veriləcək süni zəka funksiyalarından biri Google Lens olacaq.
Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib
Google Pixel 9 smartfonlarında olacaq Tensor G4 prosessoru barəsində yeni məlumatlar verilib
Google şirkətinin 13 avqust tarixində təqdim edəcəyi Pixel 9 smartfonları Tensor G4 prosessoru vasitəsilə çalışacaqlar.
Google Pixel 9 Pro Fold-un gövdəsi Galaxy Z Fold 6-nın gövdəsindən daha nazik olacaq
Google Pixel 9 Pro Fold-un gövdəsi Galaxy Z Fold 6-nın gövdəsindən daha nazik olacaq
Google şirkətinin təqdimata hazırlaşan yeni qatlana bilən smartfonu Google Pixel 9 Pro Fold barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!