Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Cihazlar+
21.06.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə Honor şirkətinin CEO-su rəsmi şəkildə təsdiq etmişdi ki, şirkət növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3 üzərində artıq çalışır. İndi isə məlum olub ki, Honor Magic V3 artıq Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib və üstəlik insayderlər onun barəsində bəzi məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Honor-un bu növbəti qatlana bilən smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək.
Qeyd etmək lazımdır ki, daha öncəki Honor Magic V modelləri də 66 vatt gücündə sürətli şarj texnologiyasına sahibdirlər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Honor Magic V3 peyk rabitəsi dəstəyini əldə edəcək. Lakin çox güman ki, bu özəllik yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Gözləntilərə əsasən smartfon Honor Magic V2-nin nazik və yüngül gövdəsini özündə qoruyub saxlayacaq. Honor Magic V3-ün bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Dünən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu Honor Magic V Flip-i təqdim etdi.
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi Çində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Honor Magic V Flip-dən gedir.
Qlobal bazarda büdcəli Honor X6b smartfonu təqdim edilib
Qlobal bazarda büdcəli Honor X6b smartfonu təqdim edilib
Honor şirkəti qlobal bazarda Honor 200 və Honor 200 Pro smartfonlarından əlavə olaraq yeni büdcəli smartfonunu da təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Honor X6b adlanır.
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor şirkəti keçən ayın sonunda Çində Honor 200 smartfon seriyasını təqdim etdi.
Təqdimatdan bir gün öncə Honor Magic V Flip smartfonu Geekbench testlərindən keçib
Təqdimatdan bir gün öncə Honor Magic V Flip smartfonu Geekbench testlərindən keçib
Honor şirkəti artıq sabah ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edəcək. Söhbət, Honor Magic V Flip-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ