main-post-cover

    Qatlana bilən OPPO Find N5-in yeni real fotoları ortaya çıxıb

    Cihazlar+
    24.01.2025
    Emil Nəcəfov
         OPPO şirkəti yaxın zamanda yeni qatlana bilən smartfonu OPPO Find N5-i təqdim etməlidir. İndi isə internetdə bu yeni smartfonun real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun xarici ekranına və kamera sahəsinə cüzi nəzər yetirmək olar. Fotolardan smartfonun qatlanmış vəziyyətdə gövdə qalınlığını qiymətləndirmək olar. Son məlumata əsasən OPPO Find N5-in qatlanmış vəziyyətdə gövdə qalınlığı 9.2 mm təşkil edəcək. OPPO-nun sözlərinə əsasən bu, qatlana bilən smartfonlar arasında ən nazik gövdəli smartfon olacaq. Fotolardan da görmək olar ki, OPPO Find N5 özündə dairəvi kamera sahəsini birləşdirəcək. Qeyd etmək lazımdır ki, OPPO-nun bu yeni qatlana bilən smartfonu Snapdragon 8 Elite prosessorunun 7 nüvəli versiyası vasitəsilə çalışmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find N5-in nə dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib
    oppo-find-n5-in-ne-derecede-nazik-govdeye-sahib-olacagi-sergilenib
    Qatlana bilən OPPO Find N5 smartfonu Geekbench testlərindən keçib
    qatlana-bilen-oppo-find-n5-smartfonu-geekbench-testlerinden-kecib
    OPPO Find X8 Mini smartfonunun bəzi əsas texniki imkanları təqdim edilib
    oppo-find-x8-mini-smartfonunun-bezi-esas-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən OPPO Find N5 smartfonunun render fotosu təqdim edilib
    qatlana-bilen-oppo-find-n5-smartfonunun-render-fotosu-teqdim-edilib
    Orta büdcəli OPPO A5 2025-in render fotoları və texniki imkanları təqdim edilib
    orta-budceli-oppo-a5-2025-in-render-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib