main-post-cover

    Qatlana bilən qapaqlı Xiaomi Mix Flip-in render fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    13.05.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti hal-hazırda ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. İndi isə məlum olub ki, bu smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib və üstəlik insayderlər onun render fotosu ilə texniki özəlliklərini təqdim ediblər. Xiaomi Mix Flip-in sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. İnsayderlər tərəfindən təqdim edilmiş render fotoda smartfonun arxa paneli əks olunub.
         Fotodan da görmək olar ki, smartfonun yuxarı qapağının arxa hissəsində iki ədəd kamera obyektivi və kamera obyektivlərinin aşağı hissəsində böyük ölçülü xarici ekran yerləşəcək. Texniki göstəricilərə gəldikdə isə insayderlər bildiriblər ki, Xiaomi Mix Flip smartfonu 1.5K keyfiyyətli daxili ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 50 MP (OmniVision OV50K) + 60 MP (OmniVision OV60A, 2 qat zoom) ikili arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Pro kamera mövzusunda Xiaomi 14 Pro üzərində bir üstünlüyə sahib olacaq
    xiaomi-15-pro-kamera-movzusunda-xiaomi-14-pro-uzerinde-bir-ustunluye-sahib-olacaq
    Xiaomi-nin yeni qatlana bilən smartfonlarının nə zaman təqdim olunacaqları məşhur insayder tərəfindən açıqlanıb
    xiaomi-nin-yeni-qatlana-bilen-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-meshur-insayder-terefinden-aciqlanib
    Xiaomi Pad 7 planşetlərinin çıxış müddətləri açıqlanıb
    xiaomi-pad-7-plansetlerinin-cixis-muddetleri-aciqlanib
    Xiaomi 14 smartfon seriyasının daha bir yeni modeli təqdimata hazırlaşır
    xiaomi-14-smartfon-seriyasinin-daha-bir-yeni-modeli-teqdimata-hazirlasir
    POCO F6 subflaqman smartfonu Geekbench testlərindən keçib
    poco-f6-subflaqman-smartfonu-geekbench-testlerinden-kecib