main-post-cover

    Qlobal bazarda OnePlus Watch 3 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil Nəcəfov
         OnePlus şirkəti qlobal bazarda öz yeni smart saatını təqdim edib. Söhbət, OnePlus Watch 3-dən gedir. Bu, keçən ilki OnePlus Watch 2 modelinin yenilənmiş versiyasıdır. OnePlus Watch 3-ün gövdəsi paslanmaz poladdan, bezeli (üst hissədəki gümüşü dairəvi çərçivə) isə titan materialdan hazırlanıb. Smart saatın ekranı sapfir şüşə ilə əhatə olunub. OnePlus Watch 3-ün dizaynındakı əsas yenilik sağ tərəfdəki naviqasiya düyməsidir. İstifadəçi interfeysin idarəsi üçün həmin düyməni fırlada bilər.
         Smart saatın gövdəsi IP68 5ATM standartları üzrə sudan qorunur və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. OnePlus Watch 3, 1.5 düym ölçülü LTPO AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2200 nit təşkil edir. Beləliklə yeni smart saatın ekranı OnePlus Watch 2-nin ekranından 120% daha parlaqdır. Yeni smart saat Snapdragon W5 Gen 1 prosessoru vasitəsilə çalışır və öğzündə 32 GB daxili yaddaş həcmini birləşdirir. OnePlus Watch 3 ürək döyüntüləri tezliyini, bilək temperaturunu, qandakı oksigen miqdarını ölçə, elektrokardioqrafiyanı reallaşdıra və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir.
         Smart saat 100-dən çox idman rejimini dəstəkləyir və özündə GPS-i birləşdirir. OnePlus Watch 3-ün batareya həcmi 631 mAh təşkil edir. Nəticədə o, bir dəfə şarj olunandan sonra 5 gün ərzində, enerjiyə qənaət rejimi çərçivəsində isə 16 gün ərzində çalışa bilir. Bundan əlavə olaraq smart saat sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. Belə ki, 10 dəqiqəlik şarj prosesi nəticəsində OnePlus Watch 3, 24 saat ərzində çalışa bilir. Smart saat 25 fevral tarixində satışa çıxacaq və onun qiyməti 329$ təşkil edəcək.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 13 Mini böyük həcmli batareyanı əldə edə bilər
    oneplus-13-mini-boyuk-hecmli-batareyani-elde-ede-biler
    Bu il OnePlus-dan qatlana bilən smartfon olmayacaq
    bu-il-oneplus-dan-qatlana-bilen-smartfon-olmayacaq
    OnePlus-ın kompakt ölçülü smartfonu barəsində yeni təfərrüattlar təqdim edilib
    oneplus-in-kompakt-olculu-smartfonu-baresinde-yeni-teferruattlar-teqdim-edilib
    OnePlus Open 2 smartfon bazarının ən nazik gövdəli qatlana bilən smartfonu ola bilər
    oneplus-open-2-smartfon-bazarinin-en-nazik-govdeli-qatlana-bilen-smartfonu-ola-biler
    OnePlus-ın kompakt ölçülü smartfonunun bəzi texniki imkanları açıqlanıb
    oneplus-in-kompakt-olculu-smartfonunun-bezi-texniki-imkanlari-aciqlanib