Xiaomi-nin Redmi brendi öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş gaming monitor Redmi Display G Pro adlanır. Beləliklə sözügedən yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran HDR1000 və FreeSync texnologiyasının dəstəyinə sahibdir. Ekran 1.07 milyard rəngi əks etdirə bilir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 və USB-C girişlərinin birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Redmi Display G Pro yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 277$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.