main-post-cover

    Redmi K70-nin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatlar verilib

    Cihazlar+
    06.11.2023
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi hal hazırda Redmi K70 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən sözügedən seriyaya Redmi K70 və K70 Pro modelləri daxil olacaqlar. İndi isə insayderlər adi Redmi K70 modelinin texniki göstəriciləri ilə bağlı ətraflı məlumatları təqdim ediblər. Beləliklə təqdim edilmiş məlumata əsasən Redmi K70 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunacaq.
         Smartfon keçən ilki Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Redmi K70 50 MP + 50 MP + 13 MP üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və HyperOS istifadəçi interfeysinə sahib olacaq. Redmi K70 smartfon seriyası ya bu ay ya da gələn ay təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
    xiaomi-14-ultra-baresinde-bezi-yeni-melumatlar-verilib
    Büdcəli Redmi 13C smartfonunun rəsmi posterləri təqdim edilib
    budceli-redmi-13c-smartfonunun-re
    Xiaomi-nin ilk elektromobilinin keyfiyyətli fotoları ortaya çıxıb
    xiaomi-nin-ilk-elektromobilinin-keyfiyyetli-fotolari-ortaya-cixib
    Xiaomi Book 14 noutbuku təqdim edilib
    xiaomi-book-14-noutbuku-teqdim-edilib
    Redmi brendi Redmi Note 13-ün Turbo versiyasını hazırlayır
    redmi-brendi-redmi-note-13-un-turbo-versiyasini-hazirlayir