Redmi K70 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
19.07.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Redmi K70 Ultra-dan gedir. Redmi K70 seriyasının bu yeni modeli böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Redmi K70 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir və o, Xiaomi Dragon Crystal Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
Redmi K70 Ultra-nın gövdəsi metal materialdan, gövdə ətrafı çərçivəsi isə yüksək dözümlülüyə sahib alüminium ərintisindən hazırlanıb. Smartfon MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Redmi K70 Ultra 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Redmi K70 Ultra 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi K70 Ultra yaxın günlərdə Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq.
- 12 GB RAM + 256 GB yaddaş - 357$
- 12 GB RAM + 512 GB yaddaş - 398$
- 16 GB RAM + 512 GB yaddaş - 440$
- 16 GB RAM + 1 TB yaddaş - 495$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
aomi şirkəti qatlana bilən MIX Fold 4 ilə birlikdə ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-i təqdim edib.
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
Xiaomi şirkəti Çində yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ü təqdim edib. Xiaomi-nin bu yeni qatlana bilən smartfonu digər analoqlar arasında ən nazik gövdəyə sahib qatlana bilən smartfonlardan biri olub.
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Bu gün Xiaomi SU7-nin idman versiyası təqdim olunacaq
Xiaomi bu gün öz yeni məhsullarını təqdim edəcək. Təqdim ediləcək məhsullar arasında Xiaomi MIX Fold 4, MIX Flip, Redmi K70 Ultra smartfonları və Smart Band 9 smart qolbağı olacaq.
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonunun təqdimatından bir gün qabaq Xiaomi şirkətinin CEO-su Lei Jun sözügedən smartfonun hazırlanması ilə bağlı təfərrüatları və onun bir neçə prototipinin fotolarını təqdim edib.
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ