Redmi K70 Ultra-nın arxa panel dizaynı sərgilənib
Cihazlar+
10.07.2024
Emil Nəcəfov
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan Redmi K70 Ultra flaqman smartfonunun yeni tizer posterini təqdim edib. Təqdim edilmiş poster sözügedən smartfonun arxa panel dizaynını sərgiləyir. Posterdən belə qənaətə gəlmək olar ki, Redmi K70 Ultra smartfonu xarici görünüşcə digər Redmi K70 modellərinə bənzəyəcək. Smartfonun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 4 ədəd obyektiv mövcud olacaq.
Bununla yanaşı posterdə qeyd edilmiş məlumata əsasən Redmi K70 Ultra artıq bu ay təqdim ediləcək. Çox güman ki, smartfon şirkətin qatlana bilən Xiaomi MIX Fold 4 və qatlana bilən qapaqlı MIX Flip smartfonları ilə birlikdə təqdim olunacaq. Xiaomi CEO-su bu yeni qatlana bilən smartfonların bu ay təqdim olunacaqlarını artıq rəsmi şəkildə təsdiqləyib. Redmi K70 Ultra-nın 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcəyi, MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in real fotoları ortaya çıxıb
Samsung bu ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək yeganə şirkət olmayacaq. Belə ki, Xiaomi bu ay qatlana bilən Xiaomi MIX Fold 4-ü və qatlana bilən qapaqlı MIX Flip-i təqdim edəcək.
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi Redmi 13 5G smartfonu ilə yanaşı həmçinin Redmi Buds 5A adlı yeni büdcəli naqilsiz qulaqlığını da təqdim edib.
Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
Xiaomi 15 smartfon seriyasının oktyabr ayının sonunda və ya noyabr ayının əvvəlində təqdim olunacağı gözlənilir. Təqdimata bir neçə ay qalmasına baxmayaraq Çinin Weibo adlı sosial şəbəkəsində bu smartfon seriyasının texniki imkanları ortaya çıxıb.
Bu ay təqdim olunacaq Xiaomi MIX Flip smartfonunun batareya həcmi açıqlanıb
Bu ay təqdim olunacaq Xiaomi MIX Flip smartfonunun batareya həcmi açıqlanıb
Dünən məlum oldu ki, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu olacaq Xiaomi MIX Flip qatlana bilən Xiaomi MIX Fold 4 ilə birlikdə artıq bu ay təqdim olunacaq.
Redmi 13 5G təqdim edilib - QİYMƏTİ
Redmi 13 5G təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi keçən ay Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə sözügedən smartfonun 5G dəstəkli versiyası təqdim edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ