Redmi K70E-nin qlobal versiyası POC0 X6 Pro 5G təqdimata hazırlaşır
Cihazlar+
19.12.2023
Emil Nəcəfov
Xiaomi-nin POCO brendi qlobal bazarda yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO X6 Pro 5G-dən gedir. İnsayderlər bildiriblər ki, Xiaomi şirkəti bu smartfon üçün HyperOS-in qlobal versiyasını test edir. Əgər hər şey yolunda getsə, HyperOS-in qlobal versiyası POCO X6 Pro 5G üçün yanvar ayının sonunda istifadəyə veriləcək. Bu isə o deməkdir ki, smartfonun özü də məhz yanvar ayının sonunda təqdim olunacaq. Gözləntilərə əsasən POCO X6 Pro 5G smartfonu Redmi K70E-nin qlobal versiyası rolunda çıxış etməlidir. Smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, MediaTek Dimensity 8300 Ultra prosessoru, 64 MP-lik əsas arxa kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək
POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək
Dünən məlum oldu ki, çoxlu sayda Xiaomi və Redmi smartfonları HyperOS-i əldə edəcəklər. İndi isə POCO brendinin smartfonları barəsində məlumat ortaya çıxıb.
Redmi 13C 5G bəzi regionlarda POCO brendi altında satılacaq
Redmi 13C 5G bəzi regionlarda POCO brendi altında satılacaq
Xiaomi-nin Redmi brendi keçən həftə Hindistanda Redmi 13C 5G adlı büdcəli smartfonunu təqdim etdi.
Redmi K70E-in qlobal versiyası artıq sertifikatlaşdırmadan keçib
Redmi K70E-in qlobal versiyası artıq sertifikatlaşdırmadan keçib
Redmi brendi 29 noyabr tarixində Redmi K70 smartfon seriyasını təqdim etdi.
POCO X6 smartfonu Geekbench testlərindən keçib
POCO X6 smartfonu Geekbench testlərindən keçib
POCO brendinin yeni smartfonu Geekbench testlərindən keçib.
Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısına 4 smartfonu daxil edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!