Xiaomi-nin Redmi brendi sentyabr ayında Çində Redmi Note 13 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət bu smartfon seriyasının qlobal versiyasının təqdimatına hazırlaşır. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Redmi Note 13 smartfonlarının qlobal versiyaları 4 yanvar tarixində təqdim olunacaqlar. Smartfonlar qlobal bazarda ilk növbədə Hindistanda, daha sonra isə digər regionlarda satışa çıxacaqlar. Redmi Note 13 smartfon seriyasının qlobal versiyasına minimum 3 model daxil olacaq. Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+.