main-post-cover

    Redmi Note 13 Turbo-nun bəzi təfərrüatları məlum olub

    Cihazlar+
    04.03.2024
    Emil Nəcəfov
         Xiaomi şirkətinin Redmi brendi keçən il Redmi Note 13 smartfon seriyasını Çin bazarında təqdim etdi. Sözügedən seriyaya Redmi Note 13, Note 13 ProNote 13 Pro+ modelləri daxildirlər. Yanvar ayında isə bu smartfonlar qlobal bazarda təqdim olundular. Lakin Redmi brendi Redmi Note 13 seriyasının daha bir modeli üzərində çalışır. Söhbət, Redmi Note 13 Turbo-dan gedir. Hazırlanan bu yeni smartfon barəsində məlumatlar ortaya çıxıb.
         Beləliklə ortaya çıxmış məlumatlara əsasən Redmi Note 13 Turbo smartfonu Qualcomm-un SM8635 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq. Məlumata əsasən söhbət, hələ təqdim olunmamış Snapdragon 8s Gen 3 prosessorundan gedir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Redmi Note 13 Turbo 1.5K keyfiyyətli yastı ekranı, 50 MP-lik əsas arxa kameranı və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Keçən il Redmi Note 12 Turbo mart ayında təqdim olunmuşdu. Buna görə də Redmi Note 13 Turbo-nun da mart ayında təqdim olunma ehtimalı var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7 elektromobilinin yeni gövdə rənglərində fotoları sızdırılıb
    xiaomi-su7-elektromobilinin-yeni-govde-renglerinde-fotolari-sizdirilib
    Redmi G Pro 2024 gaming noutbuku barəsində növbəti rəsmi məlumatlar təqdim edilib
    redmi-g-pro-2024-gaming-noutbuku-baresinde-novbeti-resmi-melumatlar-teqdim-edilib
    Məşhur insayder Xiaomi Civi 4 smartfonu barəsində bəzi yeniu məlumatları təqdim edib
    meshur-insayder-xiaomi-civi-4-smartfonu-baresinde-be
    Xiaomi 15 ilə Xiaomi 15 Pro-nun kütləvi istehsalı sentyabr ayı üçün planlaşdırılır
    xiaomi-15-il
    Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
    xiaomi-14-ultra-nin-muxtelif-komponentlerinin-deyisilmesi-hansi-qiymete-basa-gelecek