main-post-cover

    REDMI Note 14S-in render fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    06.03.2025
    Emil Nəcəfov
         Xiaomi-nin REDMI brendi qlobal bazarda artıq REDMI Note 14 4G, Note 14 Pro 4G, Note 14 5G, Note 14 Pro 5GNote 14 Pro+ 5G modellərini təqdim edib. Verilmiş yeni məlumata əsasən isə REDMI brendi Note 14S modelini təqdim etməyə hazırlaşır. Sözügedən modelin render fotoları və texniki imkanları artıq təqdim edilib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, REDMI Note 14S smartfonu yastı gövdə dizaynını və müvafiq olaraq yastı ekranı əldə edəcək. Smartfonun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək.
         Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Məlumatda qeyd edilib ki, REDMI Note 14S smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfon MediaTek Helio G99 Ultra prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək. Məlumata əsasən REDMI Note 14S modeli 200 MP + 8 MP + 2 MP üçlü arxa kameraya, 16 MP-lik ön kameraya və 67 vatt gücündə sürətli şarj tenxologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Mənbə: Winfuture
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO M7 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    poco-m7-5g-smartfonu-teqdim-edilib-qiymeti
    HyperOS 2.1-i əldə etməyəcək cihazların siyahısı təqdim edilib
    hyperos-21-i-elde-etmeyecek-cihazlarin-siyahisi-teqdim-edilib
    POCO M7 5G smartfonunun təqdimatı anons edilib
    poco-m7-5g-smartfonunun-teqdimati-anons-edilib
    Xiaomi SU7 Ultra-nın final versiyası təqdim edilib - QİYMƏTİ
    xiaomi-su7-ultra-nin-final-versiyasi-teqdim-edilib-qiymeti
    Wi-Fi dəstəyinə sahib Xiaomi Buds 5 Pro naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    wi-fi-desteyine-sahib-xiaomi-buds-5-pro-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti