main-post-cover

    Samsung C55 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    16.04.2024
    Farid Pardashunas
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy C55 5G smartfonu vasitəsilə Galaxy C seriyasını yenidən geri qaytaracaq. İndi isə məlum olub ki, Galaxy C55 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy C55 5G smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 8 GB RAM-ı birləşdirəcək. Lakin Galaxy C55 5G-nin 6 GB RAM-a sahib versiyasının da olacağı gözlənilir. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Galaxy C55 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1026 xal, çox nüvəli testi çərçivəsində isə 2384 xal toplayıb. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-buds-3-ve-buds-3-pro-naqilsiz-qulaqliqlari-suni-zeka-funksiyalarini-elde-edecekler
    Samsung-un daha köhnə smartfonlarının OneUI 6.1-i nə zaman əldə edəcəkləri məlum olub
    samsung-un-daha-kohne-smartfonlarinin-oneui-61-i-ne-zaman-elde-edecekleri-melum-olub
    Samsung Galaxy Z Fold 6 smartfonu Galaxy Z Fold 5-in kameralarını əldə edəcək
    samsung-galaxy-z-fold-6-smartfonu-galaxy-z-fold-5-in-kameralarini-elde-edecek
    Samsung yeni iMac analoqunu təqdim edib - QİYMƏTİ
    samsung-yeni-imac-analoqunu-teqdim-edib-qiymeti
    Samsung Galaxy Watch 4-ü bir qədər yenilənmiş versiyada təkrar olaraq satışa çıxaracaq
    samsung-galaxy-watch-4-u-bir-qeder-yenilenmis-versiyada-tekrar-olaraq-satisa-cixaracaq