main-post-cover

    Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər

    Cihazlar+
    01.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti hal hazırda Çindəki olan rəqib şirkətlər tərəfindən böyük təzyiqlə üzləşir. Məsələ burasındadır ki, qlobal smartfon bazarında yaşanan durğunluq səbəbilə Çindən olan şirkətlər öz orta büdcəli smartfonlarını olduqca təkmilləşdirməyə başlayıblar. Bu isə öz növbəsində Samsung şirkətini cavab addımlar atmağa vadar edir. Məlumdur ki, şirkət hal hazırda Galaxy A35 Galaxy A55 smartfonları üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət sözügedən Galaxy A smartfonlarında bir vacib dəyişikliyi edə bilər.
         Belə ki, onların sözlərinə əsasən Çin istehsalı olan orta büdcəli smartfonlardan geri qalmamaq üçün Samsung Galaxy A35 və Galaxy A55 smartfonlarında gövdə ətrafı çərçivənin materialını plastikdən metala dəyişməyi planlaşdırır. Güman olunur ki, bunun sayəsində sözügedən smartfonlar Samsung-un flaqman smartfonlar səviyyəsinə yaxınlaşacaqlar. Belə ki, metal materialdan hazırlanmış gövdə ətrafı çərçivə smartfonlara premium görünüş verəcək. Qeyd etmək lazımdır ki, Galaxy A35 və Galaxy A55 smartfonlarının gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
    samsung-galaxy-s24-smartfonlarinin-teqdimatlari-cox-yaxindir
    Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub
    samsung-galaxy-s24-smartfonlarinin-ram-yaddaslari-melum-olub
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-da-ekran-olculeri-boyuyecek
    Samsung Exynos prosessorlarının rebrendiqini planlaşdırır
    samsung-exynos-prosessorlarinin-rebrendiqini-planlasdirir
    Samsung Galaxy Z Fold 3 və Z Flip 3 üçün OneUI 6.0-ın 3-cü beta versiyası istifadəyə verilib
    samsung-galaxy-z-fold-3-ve-z-flip-3-ucun-oneui-60-in-3-cu-beta-versiyasi-istifadeye-verilib