main-post-cover

    Samsung Galaxy A55 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    22.11.2023
    Emil Nəcəfov
         Dünən məlum oldu ki, Samsung Galaxy A55 5G smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə smartfonun təqdimata hazır olduğundan xəbər verir. Bununla yanaşı sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində məlum oldu ki, Galaxy A55 5G smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. İndi isə sözügedən smartfon Geekbench testlərindən keçib.
         Bunun sayəsində smartfonun bəzi texniki imkanları məlum olub. Beləliklə Geekbench testlərinə əsasən Galaxy A55 5G smartfonu Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon 8 GB RAM-ı əldə edəcək və qutudan Android 14 əməliyyat sisteminə sahib olacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3575 xal, çox nüvəli testi çərçivəsində isə 11330 xal toplayıb. Çox güman ki, Galaxy A55 5G gələn ilin əvvəlində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S23 FE üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib
    samsung-galaxy-s23-fe-ucun-android-14-esasli-oneui-60-in-stabil-versiyasi-istifadeye-verilib
    Samsung Galaxy A15-in detallı render fotoları təqdim edilib
    samsung-galaxy-a15-in-detalli-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy A55 5G smartfonu təqdimata hazırlaşır
    samsung-galaxy-a55-5g-smartfonu-teqdimata-hazirlasir
    Samsung Galaxy A25 5G-nin satış qiymətləri açıqlanıb
    samsung-galaxy-a25-5g-nin-satis-qiymetleri-aciqlanib
    Samsung Galaxy S24 smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanıb
    samsung-galaxy-s24-smartfon-seriyasinin-deqiq-teqdimat-tarixi-aciqlanib