Bu gün biz xəbər verdik ki, Samsung şirkəti Galaxy F15 5G smartfonunun təqdimatına hazırlaşır. İndi isə 91mobiles saytı sözügedən smartfonun render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon bazara 3 gövdə rəngində satışa çıxacaq. Qara, bənövşəyi və nanə. Smartfon üçlü arxa kameraya sahib olacaq. Galaxy F15 5G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.