main-post-cover

    Samsung Galaxy M15-in vacib texniki özəlliyi məlum olub

    Cihazlar+
    27.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti hal-hazırda Galaxy A seriyası ilə yanaşı Galaxy M seriyasında da yeni smartfonları hazırlamaqla məşğuldur. Onlardan biri Galaxy M15 olacaq. İndi isə internetdə sözügedən smartfonun batareya həcmi barəsində məlumat ortaya çxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Galaxy M15 smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat olmasa da, onun Galaxy A15-i təkrarlayacağı güman edilir. Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy M15 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym AMOLED ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq. Galaxy M15-in gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab Active 5 planşetini təqdim etməyə hazırlaşır
    samsung-galaxy-tab-active-5-plansetini-teqdim-etmeye-hazirlasir
    Exynos 2400 prosessorunu yalnız adi Samsun Galaxy S24 əldə edə bilər
    exynos-2400-prosessorunu-yalniz-adi-samsun-galaxy-s24-e
    Samsung Galaxy Book 3 Go noutbuku təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-book-3-go-noutbuku-teqdim-edilib-qiymeti
    2023-cü ilin üçüncü rübü üzrə mobil prosessorlar bazarının statistikası təqdim edilib
    2023-cu-ilin-ucuncu-rubu-uzre-mobil-prosessorlar-bazarinin-statistikasi-teqdim-edilib
    Samsung Galaxy S24 və S24+ smartfonlarının gövdə rəngləri təsdiqlənib
    samsung-galaxy-s24-ve-s24-smartfonlarinin-govde-rengleri-tesdiqlenib