Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S24 smartfon seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə analitik Ross Young Galaxy S24 smartfonlarının ekranları barəsində məlumatı təqdim edib. Onun sözlərinə əsasən bütün Galaxy S24 modelləri LTPO texnologiyası əsasında hazırlanmış ekranları əldə edəcəklər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 smartfon seriyasında LTPO ekran yalnız Galaxy S23 Ultra modelində quraşdırılıb. Məlumatda qeyd edilib ki, LTPO texnologiyası sayəsində smartfonların ekranları enerji sərfiyyatı mövzusunda daha effektiv olacaqlar. Bununla yanaşı Galaxy S24 modellərinin ekranları təsvirin 1 Hz-dən 120 Hz-ə kimi adaptiv yenilənməsi funksiyasını dəstəkləyəcəklər.