
Samsung Galaxy S25 FE nazik gövdəni əldə edəcək
Cihazlar+
07.07.2025
Emil Nəcəfov
Samsung şirkəti bu ilin əvvəlində Galaxy S25, S25+, S25 Ultra smartfonlarını, may ayında isə nazik gövdəli Galaxy S25 Edge modelini təqdim etdi. Lakin bu il üçün daha bir Galaxy S25 modelinin təqdimatı gözlənilir. Söhbət, Galaxy S25 FE-dən gedir. Ortaya çıxmış məlumata əsasən şirkət payız fəsli üçün gözlənilən Galaxy S25 FE modelinin gövdəsini də nazik etmək niyyətindədir. Məlumatda qeyd edilib ki, Galaxy S25 FE-də xüsusi elastiki OLED panel istifadə olunacaq. Qeyd etmək lazımdır ki, daha öncəki Galaxy FE modellərində bu cür OLED panellərdən istifadə olunmayıb.

Yeni xüsusi OLED panel hesabına Galaxy S25 FE daha nazik ekranı və bir qayda olaraq gövdəni əldə etməlidir. Gözləntilərə əsasən smartfonun gövdə qalınlığı 7.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim olunmuş Galaxy S24 FE-nin gövdə qalınlığı 8 mm təşkil edir. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy S25 FE özündə 6.7 düym ölçülü ekranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, artıq 9 iyul tarixində Samsung şirkəti növbəti Galaxy Unpacked tədbirini keçirəcək və həmin tədbir çərçivəsində qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun ilk təsvirləri təqdim olunub

Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun ilk təsvirləri təqdim olunub
Samsung qatlana bilən smartfonlar dünyasında növbəti addımı atmağa hazırlaşır. Bu dəfə yeni 3 qat qatlana bilən formatla.
Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder Samsung-un yeni ağıllı saat modellərinə dair eksklüziv render görüntülərini yayımlayıb. Bu cihazların 9 iyul tarixində keçiriləcək Galaxy Unpacked tədbirində təqdim olunacağı gözlənilir.
Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin təqdimat tədbiri rəsmi şəkildə anons edilib

Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin təqdimat tədbiri rəsmi şəkildə anons edilib
Samsung şirkəti bu il üçün nəzərdə tutulmuş növbəti Galaxy Unpacked tədbirini anons edib.
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Galaxy A33, A53 və A73 üçün OneUI 8 son sistem yenilənməsi olacaq

Galaxy A33, A53 və A73 üçün OneUI 8 son sistem yenilənməsi olacaq
Samsung Android 16 əsasında hazırlanan OneUI 8 istifadəçi interfeysini yaxın zamanda istifadəyə verəcək. Ortaya çıxmış məlumata əsasən bu yeniləmə Galaxy A33, A53 və A73 smartfon modelləri üçün son əsas sistem yeniləməsi olacaq.
Həftənin xəbərləri

