
Samsung Galaxy S25+ smartfonunun ilk render fotoları təqdim edilib
Cihazlar+
17.09.2024
Emil Nəcəfov
OnLeaks ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25+ smartfonunun ilk keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy S25+ smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Onun künc hissələri isə dairəvi formada olacaq. Məlumatda qeyd edilib ki, Galaxy S25+ modelinin uzunluğu 158.4 mm, eni 75.7 mm, gövdə qalınlığı isə 7.3 mm təşkil edəcək. İnsayder bildirib ki, smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 6.65 düym ölçülü AMOLED ekranla təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Lakin heç istisna deyil ki, smartfon bəzi regionlarda Exynos 2500 prosessorunu əldə etsin.



Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq

Samsung Galaxy S25-in gövdəsi olduqca nazik olacaq
Samsung şirkəti Galaxy S25 smartfon seriyasını gələn ilin əvvəlində təqdim edəcək. Təqdim ediləcək Galaxy S25 smartfonları Galaxy S seriyasının ən nazik gövdəli smartfonları ola bilərlər.
Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli Samsung Galaxy F05 smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy F05-dən gedir. Samsung-un bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər

Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti hal-hazırda burula bilən ekrana sahib smartfon üzərində çalışır və hazırlanan bu smartfon artıq gələn il satışa çıxa bilər.
Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq

Samsung Galaxy S25-in çəkisi gövdə çərçivəsi hesabına bir qədər aşağı olacaq
Samsung şirkətinin gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 Ultra smartfonunun dizayn mövzusunda Galaxy S24 Ultra-dan bir qədər fərqlənəcəyi gölzənilir.
Samsung Galaxy S25-in ilk render fotoları təqdim edilib

Samsung Galaxy S25-in ilk render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S25 smartfonunun ilk render fotolarını təqdim edib.
Həftənin xəbərləri

