Samsung Galaxy Smart Ring üzüyü 9 müxtəlif ölçüyə sahib olacaq
Cihazlar+
23.04.2024
Farid Pardashunas
Samsung şirkəti özünün Galaxy Ring adlı smart üzüyünü ilk dəfə 3 ay bundan öncə Galaxy S24 smartfonlarının təqdimatları çərçivəsində anons etmişdi. Fevral ayının sonunda baş tutmuş MWC 2024 sərgisi çərçivəsində isə sözügedən smart üzüyün xarici görünüşü sərgilənmişdi. Galaxy Ring-in tam təqdimatının qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə bir yerdə baş tutacağı gözlənilir. Daha öncə məlum idi ki, Samsung-un ilk smart üzüyü bir neçə ölçü variantında təqdim olunacaq. İndi isə məlum olub ki, ölçülərin sayı olduqca geniş olacaq. Verilmiş məlumata əsasən Galaxy Ring smart üzüyü 9 ölçüdə təqdim olunacaq. Onların model nömrələri təqdim edilib. Model nömrələr aşağıdakı kimidir.
- SM-Q500
- SM-Q501
- SM-Q502
- SM-Q505
- SM-Q506
- SM-Q507
- SM-Q508
- SM-Q509.
Görmək olar ki, SM-Q503 və SM-Q504 model nömrələri siyahıda yoxdur. Lakin onlardan biri dəqiq şəkildə mövcuddur. Əskik olan model nömrəsi çox güman ki, hələ aşkar edilməyib. Məlumata əsasən Galaxy Ring-in ən kiçik ölçülü versiyası SM-Q500 model nömrəsinə, ən böyük versiyası isə SM-Q509 model nömrəsinə sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirmədən Çində Galaxy C55 5G smartfonunu satışa çıxarıb. Adətən Galaxy C seriyası çərçivəsində büdcəli smartfonlar təqdim edilirdi.
Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy C55 5G smartfonunu təqdim etməyə hazırlaşır və bu smartfon sayəsində Galaxy C seriyasını bərpa etmək istəyir.
Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək
Samsung Galaxy S25 və S25+ smartfonlarında Samsung ISOCELL kameraları istifadə edilməyəcək
Gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilən Samsung Galaxy S25 smartfonları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.
Samsung Galaxy S24 FE daha böyük ölçülü ekranı əldə edə bilər
Samsung Galaxy S24 FE daha böyük ölçülü ekranı əldə edə bilər
Son zamanlardakı məlumatlara əsasən Samsung artıq aktiv şəkildə Galaxy S4 FE smartfonu üzərində çalışır.
Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
Geekbench sayəsində Samsung Galaxy Z Flip 6 barəsində yeni təfərrüatlar məlum olub
Samsung yay fəslində qatlana bilən qapaqlı Galaxy Z Flip 6 smartfonunu təqdim etməlidir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!