main-post-cover

    Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    21.05.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən yeni qatlana bilən Galaxy Z Flip 6 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə sözügedən smartfonun əsas arxa kamerası barəsində məlumatlar ortaya çıxıb. Belə ki, Galaxy Z Flip 6 smartfonu Camera FV-5 adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfonun əsas arxa kamerası barəsində təfərrüatlar məlum olub.
         Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy Z Flip 6 smartfonu 12.5 MP-lik əsas arxa kameranı əldə edəcək. Bununla belə əsas arxa kamera piksellərin birləşməsi texnologiyasının dəstəyinə sahib olacaq. Bu isə öz növbəsində 50 MP-lik kameranın görüntü keyfiyyətini təmin edə bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, kamera həm optik həm də elektron stabilizasiya funksiyalarını əldə edəcək. Onun diafraqma göstəricisi f/1.8, fokus məsafəsi isə 5.4 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Flip 5 smartfonu 12 MP-lik əsas arxa kameraya sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
    samsung-galaxy-f54-smartfonu-oneui-61-i-elde-etmeye-baslayib
    Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
    samsung-galaxy-s25-smartfonu-daha-baha-qiymete-satila-biler
    Samsung Galaxy Z Fold 6-nın qatlanan ekranı üzərində qatlanma izi daha az nəzərə çarpacaq
    samsung-galaxy-z-fold-6-nin-qatlanan-ekrani-uzerinde-qatlanma-izi-daha-az-nezere-carpacaq
    Samsung Galaxy Watch 7 və Watch FE smart saatları sertifikatlaşdırmadan keçiblər
    samsung-galaxy-watch-7-ve-watch-fe-smart-saatlari-sertifikatlasdirmadan-kecibler
    Samsung Galaxy M35-in yeni render fotoları təqdim edilib
    samsung-galaxy-m35-in-yeni-render-fotolari-teqdim-edilib