Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
Cihazlar+
10.05.2024
Sabina Rustamli
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Flip 6 smartfonu yenidən Geekbench testlərindən keçib. Lakin daha öncə smartfonun qrafik çipinin performansı sərgilənmişdisə, indi onun mərkəzi prosessorunun performansı sərgilənib. Geekbench testləri sayəsində məlum olub ki, Galaxy Z Flip 6 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib.
Üstəlik Geekbench sayəsində məlum olub ki, Samsung-un bu yeni qatlana bilən smartfonu qutudan Android 14-ü əldə edəcək. Gözləntilərə əsasən Android 14 ilə yanaşı smartfon həmçinin Galaxy AI ekosistemi çərçivəsində süni zəka funksiyalarına sahib OneUI 6.1.1 istifadəçi interfeysini əldə edəcək. Beləliklə Galaxy Z Flip 6 Geekbench-in bir nüvəli testi çərçivəsində 1794 xal, çox nüvəli testi çərçivəsində isə 4486 xal toplayıb. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 6 digər qatlana bilən smartfon olacaq Galaxy Z Fold 6 ilə birlikdə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər
Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər
Samsung şirkəti yay fəslində yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 6 ilə Z Flip 6-dan gedir.
Samsung Galaxy F55 smartfonunun təqdimatı anons edilib
Samsung Galaxy F55 smartfonunun təqdimatı anons edilib
Bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy F55 smartfonunun təqdimatını anons edib.
Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
Samsung Galaxy S24 Ultra 2024-cü ilin birinci rübündə ən çox satılan Android smartfon olub. Bütün smartfon modellərinə baxdığımızda isə iPhone 15 Pro Max-ın hələ də zirvədə olduğunu görürük.
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Uzun illər ərzində öz Exynos prosessorlarının aşağı keyfiyyətdə olmaları səbəbilə çoxlu sayda tənqidə məruz qalmış Samsung şirkəti vəziyyəti düzəltmək yolunda irəliləyir.
Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
Sektorunda sızıntı məlumatları ilə tanınan bir X istifadəçisi Samsung Galaxy S24 Ultra-nın bir çox problemi olduğunu bildirərək şirkətin aldadıcı reklam etdiyi iddiası ilə ittiham edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!