Samsung Galaxy Z Fold 6 hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək?
Cihazlar+
04.04.2024
Sabina Rustamli
Dünən Samsung Galaxy Z Fold 6-nın hansı çəkiyə və qalınlığa sahib olacağı barəsində məlumat ortaya çıxdı. İndi isə sözügedən smartfonun batareya həcmi və onun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi barəsində məlumatlar verilib. Beləliklə Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy Z Fold 6 smartfonu 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yəni smartfonun batareya həcmi keçən ilki Galaxy Z Fold 5-in batareya həcmi ilə eyni olacaq. Bununla yanaşı insayder bildirib ki, Galaxy Z Fold 6 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Yəni bu mövzuda da yeni smartfonda bir dəyişiklik olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın Z Flip 6 ilə birlikdə yay fəslində təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Exynos 2500 flaqman prosessoru təkcə smartfonlarda istifadə edilməyəcək
Samsung Exynos 2500 flaqman prosessoru təkcə smartfonlarda istifadə edilməyəcək
Samsung ya bu ilin sonunda ya da gələn ilin əvvəlində Exynos 2500 prosessorunu təqdim edəcək.
Samsung Galaxy Watch 7 Pro-nun vacib texniki özəlliyi məlum olub
Samsung Galaxy Watch 7 Pro-nun vacib texniki özəlliyi məlum olub
Samsung bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcək. Bu smart saat seriyasına 3 modelin daxil olacağı və onlardan birinin Galaxy Watch 7 Pro olacağı gözlənilir.
Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib
Məşhur insayder Samsung Galaxy Z Fold 6 Ultra-nın hazırlandığını təsdiqləyib
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung bu il 3 ədəd qatlana bilən smartfonu təqdim edəcək.
OneUI 6.1 yenilənməsindən sonra Samsung Galaxy S23-ün barmaq izi skanının çalışmasında problemlər yaranıb
OneUI 6.1 yenilənməsindən sonra Samsung Galaxy S23-ün barmaq izi skanının çalışmasında problemlər yaranıb
Dünən xəbər ortaya çıxdı ki, OneUI 6.1 yenilənməsindən sonra Samsung-un flaqman smartfonlarının istifadəçiləri sürətli şarj texnologiyasının çalışmasında problemlər yaşamağa başlayıblar.
Samsung Galaxy Z Fold 6-nın hansı çəkliyə və hansı qalınlığa sahib olacağı açıqlanıb
Samsung Galaxy Z Fold 6-nın hansı çəkliyə və hansı qalınlığa sahib olacağı açıqlanıb
Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində yeni məlumatlar verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!