main-post-cover

    Samsung Galaxy Z Fold 7-nin yeni render fotoları təqdim olunub

    Cihazlar+
    20.06.2025
    Emil Nəcəfov
         Samsung şirkətinin gələn ay yeni qatlana bilən smartfonu Galaxy Z Fold 7-ni təqdim edəcəyi gözlənilir. İndi isə Android Headlines saytı bu smartfonun yeni render fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş fotolarda Galaxy Z Fold 7 smartfonu Blue Shadow Jet Black adlı gövdə rənglərində əks olunub. Render fotolardan belə qənaətə gəlmək olar ki, smartfonun əsas özəlliklərindən biri nazik gövdə olacaq. Son məlumat sızıntılarına inansaq, Galaxy Z Fold 7-nin gövdə qalınlığı tam açıq vəziyyətdə 3.9-4.5 mm təşkil edəcək.
         Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfonun çəkisi 215 qram olacaq. Əgər bu məlumat həqiqəti əks etdirsə, deməli smartfon Galaxy Z Fold 6-dan 24 qram, OPPO Find N5-dən 14 qram daha yüngül olacaq. Samsung ənənəyə sadiq qalaraq qatlana bilən smartfonun xarici ekran ölçüsünü böyütməyə istiqamətlənib. Belə ki, məlumata əsasən Galaxy Z Fold 7-nin xarici ekranının ölçüsü 6.5 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6 modeli 6.3 düym ölçülü xarici ekranla təchiz olunur. Dünən ortaya çıxmış məlumata inansaq, Galaxy Z Fold 7 smartfonu 9 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Z Flip 7 ilə birlikdə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 7 və Z Flip 7-nin nə zaman təqdim olunacaqları açıqlanıb
    samsung-galaxy-z-fold-7-ve-z-flip-7-nin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Samsung-un genişləndirilmiş reallıq cihazının satış tarixi məlum olub
    samsung-un-genislendirilmis-realliq-cihazinin-satis-tarixi-melum-olub
    Samsung Galaxy Watch-ın bəzi funksiyaları ödənişli olacaq
    samsung-galaxy-watch-in-bezi-funksiyalari-odenisli-olacaq
    Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
    samsung-galaxy-f36-nin-xarici-gorunusu-ve-bezi-texniki-imkanlari-ortaya-cixib
    Samsung Galaxy Tab S11 Ultra planşeti Geekbench testlərindən keçib
    samsung-galaxy-tab-s11-ultra-planseti-geekbench-testlerinden-kecib