Samsung öz smartfonları üçün MagSafe analoqunu hazırlamış ola bilər
Cihazlar+
12.01.2024
Emil Nəcəfov
Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının özəlliklərini əks etdirən yeni reklam videosunu təqdim edib. Lakin videoda diqqət çəkən məqam tamamilə fərqli mövzu ilə bağlıdır. Videonun 1:10 hissəsində smartfonun maqnit vasitəsilə xüsusi dayağa bərkidildiyini görmək olar. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy smartfonlarında maqnit bərkidici özəlliyi yoxdur. Burdan belə qənaətə gəlmək olar ki, Samsung şirkəti Galaxy S24 smartfon seriyası üçün MagSafe analoqunu hazırlamış ola bilər. İnsayderlərin məlumatlarına əsasən Galaxy S24 Ultra smartfonu 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Bu isə keçən ilin yanvar ayında təqdim edilmiş Qi2 adlı yeni naqilsiz şarj standartı üçün kifayətdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24+ smartfonunun texniki göstəriciləri açıqlanıb
Samsung Galaxy S24+ smartfonunun texniki göstəriciləri açıqlanıb
İnsayderlərdən biri Samsung Galaxy S24+ smartfonunun texniki göstəricilərini təqdim edib.
Samsung Galaxy A55-in arxa kamera göstəriciləri açıqlanıb
Samsung Galaxy A55-in arxa kamera göstəriciləri açıqlanıb
Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının yeni smartfonlarını təqdim etməyə hazırlaşır.
Samsung Galaxy S24 Ultra-nın real videosu təqdim edilib
Samsung Galaxy S24 Ultra-nın real videosu təqdim edilib
Samsung şirkəti 17 yanvar tarixində Galaxy Unpacked 2024 tədbirini keçirəcək və həmin tədbirdə Galaxy S24 smartfon seriyasını təqdim edəcək.
Samsung Galaxy Tab Active 5 planşeti təqdim edilib
Samsung Galaxy Tab Active 5 planşeti təqdim edilib
Samsung şirkəti Galaxy Xcover 7-dən əlavə olaraq dözümlü gövdəyə sahib daha bir cihazını təqdim edib. Söhbət, Galaxy Tab Active 5 planşetindən gedir.
Samsung Galaxy Xcover 7 təqdim edilib
Samsung Galaxy Xcover 7 təqdim edilib
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda Galaxy Xcover 7 smartfonunu təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!