Samsung şirkəti 22 yanvar tarixində keçirtmiş olduğu
Galaxy Unpacked 2025 tədbiri çərçivəsində
Galaxy S25 smartfonlarını təqdim etmiş və tədbirdən sonra jurnalistlərə özünün
Project Moohan adlı
genişləndirilmiş reallıq (
XR) cihazını sərgiləmişdi. Lakin bu cihazın təqdimatı hələ tam şəkildə baş tutmayıb. Ola bilsin ki, Samsung-un XR cihazı bu ilin ikinci yarısında təqdim ediləcək.
Technote.az Android Authority saytına istinadən bildirir ki, məşhur
YouTube-da
MKBHD adlı kanalı ilə tanınan
Marques Brownlee, Samsung-un hələ təqdim etməmiş Project Moohan adlı XR cihazını artıq sınaqdan keçirib. Bu, Samsung-un
Android XR əməliyyat sistemi ilə işləyən yeni nəsil cihazının ilk qeyri-rəsmi nümayişidir.
Məlumatda qeyd edilib ki, cihaz, istifadəçinin gözlərini xaricdən göstərmir və çıxarıla bilən maqnitli işıq qoruyucusu ilə təchiz olunub. Bu qoruyucu, daha çox işığı bloklamaq və ya periferik görmə qabiliyyətini artırmaq üçün çıxarıla bilər. Arxa hissədə yerləşən tənzimləmə düyməsi vasitəsilə cihazın ölçüsünü istifadəçinin başına uyğunlaşdırmaq mümkündür.
Samsung-un bu XR cihazının sağ tərəfində bir düymə, sol tərəfində isə səs səviyyəsini tənzimləmək üçün düymələr yerləşir. Sağ kəmərdə toxunma paneli mövcuddur ki, bu da istifadəçilərə cihazı asanlıqla idarə etməyə imkan verir. Cihaz, çıxarıla bilən batareya bloku ilə təchiz olunub. Bu batareya, USB-C naqili vasitəsilə cihaza qoşulur və asanlıqla dəyişdirilə bilər ki, bu da uzunmüddətli istifadə zamanı rahatlıq təmin edir.
Project Moohan cihazı, Android XR əməliyyat sistemi ilə işləyir və istifadəçilərə əl hərəkətləri və səs əmrləri vasitəsilə virtual pəncərələri hərəkət etdirmək və onların ölçülərini dəyişdirmək imkanı verir. Cihazda Google Play Store mağazası mövcuddur və oradakı bütün tətbiqlər cihazda əlçatandır.