main-post-cover

    Sony dekabrda yeni A7 V kameranı təqdim etməyə hazırlaşır

    Cihazlar+
    27.11.2025
    Sevinc Miralizade
        Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Sony Alpha seriyasına növbəti modelin əlavə olunacağına dair rəsmi işarə verib. Şirkət Sony Alpha-nın Instagram hesabında "Chase your dream" şüarı və 2 dekabr, saat 17:00 qeyd olunan bir poster paylaşıb. Vizualın fonunda böyük “V” simvolunun olması isə çoxlarının gözlədiyi Sony A7 V modelinə açıq bir istinad kimi dəyərləndirilir.
        Bu kamera 2021-ci ildə təqdim edilən Sony A7 IV modelinin davamı olacaq və təqdimatın 2026-cı ilə planlanması əvvəlki nəsillər arasındakı dörd illik dövrü dəqiq şəkildə təkrarlayır. Məlumatlara görə, Sony A7 V modelində şirkətin hazırladığı yeni 33 MP-lik "partially stacked" sensoru istifadə olunacaq. Bununla yanaşı, kamera 4K 60 kadr/saniyə video çəkilişinə də dəstək verə bilər. Təqdimat zamanı ən azı iki yeni obyektivin də elan olunacağı gözlənilir.
        Sony A7 IV modelinin ilkin qiymətinin 2.500 dollar olduğunu nəzərə alsaq, yenilənmiş sensor və imkanlarla gələcək Sony A7 V-in daha yüksək qiymətə çıxacağı ehtimal olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Sony Xperia 10 VII smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-sony-xperia-10-vii-smartfonu-teqdim-edilib-qiymeti
    Sony Xperia 10 VII-in render fotoları və texniki imkanları ortaya çıxıb
    sony-xperia-10-vii-in-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib
    Sony smartfon bazarından ayrılmaq niyyətində deyil
    sony-smartfon-bazarindan-ayrilmaq-niyyetinde-deyil
    Sony çox güman ki, smartfon bazarından getməyə hazırlaşır
    sony-cox-guman-ki-smartfon-bazarindan-getmeye-hazirlasir
    Sony-nin yeni portativ oyun konsolunun bəzi texniki imkanları açıqlanıb
    sony-nin-yeni-portativ-oyun-konsolunun-bezi-texniki-imkanlari-aciqlanib