main-post-cover

    Sony PlayStation 6 ilə yanaşı daha bir oyun konsolu üzərində çalışmış ola bilər

    Cihazlar+
    20.09.2024
    Emil Nəcəfov
         Heç şübhəsiz Sony şirkəti hal-hazırda PlayStation 6 üzərində çalışır. Bu həftənin əvvəlində Reuters saytı xəbər vermişdi ki, Sony şirkəti AMD ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb və müqaviləyə əsasən PlayStation 6 üçün nəzərdə tutulmuş prosessorun istehsalı ilə məhz AMD məşğul olacaq. Ortaya çıxmış yeni məlumata əsasən isə Sony şirkəti PlayStation 6 ilə yanaşı daha bir yeni oyun konsolu üzərində çalışmış ola bilər.
         Məlumatda qeyd edilib ki, Sony hal-hazırda PlayStation üçün nəzərdə tutulmuş iki prosessor üzərində çalışır. İnsayderlər bu fikrin nə mənaya gəldiyini hələ təyin etməyiblər. Lakin onlar güman edirlər ki, söhbət, Xbox Series X S kimi müxtəlif texniki imkanlara sahib iki fərqli oyun konsolundan gedə bilər. Digər tərəfdən PlayStation 6 ilə yanaşı hazırlanan daha bir oyun konsolu əslində şirkətin yeni portativ oyun konsolu ola bilər. Hal-hazırda portativ oyun konsollarına tələbat çox böyükdür və Sony-nin PlayStation Portal adlı aksesuarının alıcılar arasında məşhur olması şirkətin bu bazara yenidən diqqət yetirməsinə səbəb ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    PlayStation 6-nın hansı şirkətin prosessorunu əldə edəcəyi məlum olub
    playstation-6-nin-hansi-sirketin-prosessorunu-elde-edeceyi-melum-olub
    PlayStation 5 Pro təqdim olunub - QİYMƏTİ
    playstation-5-pro-teqdim-olunub-qiymeti
    Sony kompakt ölçülü smartfonlardan imtina edə bilər
    sony-kompakt-olculu-smartfonlardan-imtina-ede-biler
    PlayStation 5 Pro-nun xarici görünüşü rəsmi şəkildə təsdiqlənib
    playstation-5-pro-nun-xarici-gorunusu-resmi-sekilde-tesdiqlenib
    PlayStation 5 Pro-nun satış tarixi və qiyməti açıqlanıb
    playstation-5-pro-nun-satis-tarixi-ve-qiymeti-aciqlanib