
Sony Xperia 1 VII flaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
13.05.2025
Emil Nəcəfov
Sony şirkəti Xperia smartfon seriyasının yeni flaqman modelini təqdim edib. Söhbət, Sony Xperia 1 VII-dən gedir. Bu yeni smartfon xarici görünüşcə daha öncəki Xperia smartfonlarından heç də fərqlənmir. Sony Xperia 1 VII smartfonu 1 Hz-dən 120 Hz-ə qədər təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP65/68 standartları üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir.

Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Sony Xperia smartfonlarının ənənəvi güclü tərəfi hər zaman kameraları olub. Sony Xperia 1 VII də əvvəlki model kimi arxa paneldə üç kameralı sistemlə təchiz olunub, lakin bu sistem yenilənmiş formada təqdim olunur. Burada yenə də 48 MP-lik, 1/1.35 düym-lük Exmor T sensoru olan əsas kamera yer alır. Kamera Zeiss optikası, 24-48 mm fokus məsafəsi, OIS (optik stabilizasiya) + EIS (elektron stabilizasiya) ikili stabilizasiya sistemi və f/1.9 diafraqma ilə təchiz olunub.

Bundan əlavə, 12 MP-lik periskop tipli telefoto kamera da mövcuddur. O, Exmor RS sensoru (optik format - 1/3.5 düym), 85-170 mm fokus məsafəsi və 3.5-7.1 qat optik zoom imkanına malikdir. Əsas yenilik isə 1/1.56 düym ölçüsündə, 48 MP-lik geniş bucaqlı (104 dərəcə bucaq əhatəsi) və f/2.0 diafraqmalı sensordur. Bu sensor əvvəlki modellə müqayisədə 2.1 dəfə daha böyükdür. Ön kamera isə 12 MP-likdir. Smartfon AI Camera Work adlı yeni funksiya ilə təchiz olunub. Bu funksiya obyekti hərəkət zamanı belə kompozisiyanın mərkəzində saxlayaraq, peşəkar səviyyəli sabit və düzgün kadrlaşdırılmış videolar yaratmağa kömək edir.

Digər bir funksiya isə Auto Framing adlanır. O, süni zəkadan istifadə edərək obyektin hərəkətini izləyir və onu avtomatik şəkildə kadra salaraq mərkəzə yerləşdirir. Hərəkətdə olan obyektin çəkilişi zamanı sadəcə kameranı hədəfə yönəltmək kifayətdir. Batareya mövzusuna gəldikdə, Sony Xperia 1 VII smartfonu 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 15 vasitəsilə çalışır. Sony bildirib ki, Sony Xperia 1 VII 4 il ərzində Android dəstəyini və 6 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Sony Xperia 1 VII artıq gələn ay satışa çıxacaq və onun qiyməti 1499 avro təşkil edəcək.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sony Xperia 1 VII smartfonunun təqdimatı anons edilib

Sony Xperia 1 VII smartfonunun təqdimatı anons edilib
Sony şirkəti öz yeni smartfonunun təqdimatını rəsmi şəkildə elan edib.
Təqdim olunmamış Sony Xperia 1 VII flaqman smartfonu Geekbench testlərindən keçib

Təqdim olunmamış Sony Xperia 1 VII flaqman smartfonu Geekbench testlərindən keçib
Keçən ayın əvvəlində Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilmişdi. İndi isə məlum olub ki, hələ təqdim olunmamış bu smartfon Geekbench testlərindən keçib.
Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilib

Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilib
Sony yaxın aylar ərzində Xperia 1 VII adlı yeni flaqman smartfonunu təqdim etməlidir. OnLeaks ləqəbli məşhur insayder isə öz növbəsində bu flaqman smartfonun ilk render fotolarını təqdim edib.
PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatlar verilib

PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatlar verilib
Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Sony 2022-ci ildə AMD şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb.
Sony INZONE M10S gaming monitoru təqdim edilib - QİYMƏTİ

Sony INZONE M10S gaming monitoru təqdim edilib - QİYMƏTİ
Sony şirkəti INZONE M10S adlı gaming monitorunu təqdim edib. Bu monitor keçən ilin avqust ayında təqdim edilmiş ASUS ROG Swift OLED PG27AQDP adlı gaming monitorun rəqibi qismində çıxış edir.
Həftənin xəbərləri

