main-post-cover

    Təqdimata az müddət qalmış vivo X200 Pro-nun əsas texniki imkanları açıqlanıb

    Cihazlar+
    03.10.2024
    Emil Nəcəfov
         Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya 3 model daxil olmalıdır. Vivo X200, X200 ProX200 Pro mini. İndi isə internetdə vivo X200 Pro-nun əsas texniki imkanları ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən vivo X200 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq.
         Smartfonun gövdəsi IP68 IP69 standartları üzrə sudan və tozdan qorunma özəlliyini əldə edəcək. Smartfon MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda vivo X200 Pro 50 MP (f/1.57 diafraqma, optik stabilizasiya) + 200 MP (3.7 qat zoom, 100 qat hibrid zoom) + 50 MP üçlü arxa kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb
    vivo-x200-smartfonlarinin-muxtelif-govde-renglerinde-fotolari-ortaya-cixib
    Vivo X200-ün ön paneli rəsmi şəkildə sərgilənib
    vivo-x200-un-on-paneli-resmi-sekilde-sergilenib
    Vivo X200 Pro mini ilə iPhone 16 Pro arasında müqayisə aparılıb
    vivo-x200-pro-mini-ile-iphone-16-pro-arasinda-muqayise-aparilib
    Vivo X200-ün xarici görünüşü rəsmi şəkildə sərgilənib
    vivo-x200-un-xarici-gorunusu-resmi-sekilde-sergilenib
    Vivo qatlana bilən vivo X Fold 4 smartfonu üzərində çalışır
    vivo-qatlana-bilen-vivo-x-fold-4-smartfonu-uzerinde-calisir