main-post-cover

    Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
         Nothing şirkətinin CMF subbrendinin 8 iyul tarixindəki təqdimata hazırlaşan CMF Phone 1 adlı ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə subbrend smartfonun arxa kamera dizaynını sərgiləyib. Subbrend tərəfindən təqdim edilmiş fotoya əsasən CMF Phone 1 ikili arxa kameranı əldə edəcək. İki ədəd kamera smartfonun arxa panelinin yuxarı sol hissəsindəki oval formalı kamera sahəsinin daxilində mövcud olacaq.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq və o, f/1.8 diafraqmalı olacaq. Üstəlik əsas arxa kamera özündə 2 qat optik zoom imkanını birləşdirəcək. Artıq məlumdur ki, CMF Phone 1 MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Üstəlik smartfonda virtual RAM özəlliyi də dəstəklənəcək və bunun sayəsində RAM yaddaşını əlavə 8 GB artırmaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan CMF Phone 1-in hansı növ ekranı və hansı prosessoru əldə edəcəyi açıqlanıb
    teqdimata-hazirlasan-cmf-phone-1-in-hansi-nov-ekrani-ve-hansi-prosessoru-elde-edeceyi-aciqlanib
    CMF Watch Pro 2 smart saatının dizaynı qismən sərgilənib
    cmf-watch-pro-2-smart-saatinin-dizayni-qismen-sergilenib
    CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib
    cmf-phone-1-in-esas-ferqlendirici-ozelliyi-sergilenib
    Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonunun təqdimatını rəsmi şəkildə anons edib
    nothing-sirketinin-cmf-adli-subbrendi-oz-ilk-smartfonunun-teqdimatini-resmi-sekilde-anons-edib
    CMF Phone 1-in konstruksiyasının maraqlı özəlliyi sərgilənib
    cmf-phone-1-in-konstruksiyasinin-maraqli-ozelliyi-sergilenib