Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
24.07.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy M seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy M55s smartfonundan gedir. Qeyd etmək lazımdır ki, şirkət adi Galaxy M55-i aprel ayında təqdim etmişdi. İndi isə onun daha bir versiyası hazırlanır. Məlum olub ki, Galaxy M55s smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində Galaxy M55s barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
Beləliklə Geekbench məlumatlarına əsasən sözügedən yeni smartfon 8 nüvəli prosessor vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, prosessorun maksimal çalışma tezliyi 2.4 GHz təşkil edir və o özündə Adreno 644 qrafik çipini birləşdirir. Çox güman ki, söhbət, Snapdragon 7 Gen 1 prosessorundan gedir. Geekbench testlərindən Galaxy M55s-in 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy M55s Geekbench-in bir nüvəli testi çərçivəsində 1015 xal, çox nüvəli testi çərçivəsində isə 2347 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
Samsung-un yeni telefonları Galaxy Z Flip 6 və Z Fold 6, One UI 6.1.1 ilə gəlir. Yeni One UI versiyası ilə Auto Blocker funksiyası indi APK quraşdırmalarını da bloklayır.
Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
Samsung şirkəti süni zəkaya istiqamətlənmiş yeni smartfonlar üzərində çalışır və həmin smartfonlar şirkətin hal-hazırda aktual olan məhsullarından fərqlənə bilərlər.
OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
Samsung-da işləyərkən kritik OLED texnologiyalarını icazəsiz əldə edərək Çinə satdığı aşkarlanan mühəndis, məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
Samsung bu ilin üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirəcək
Samsung bu ilin üçüncü Galaxy Unpacked təqdimat tədbirini keçirəcək
Samsung bir neçə müddət bundan öncə bu ilin ikinci Galaxy Unpacked tədbirini keçirdi.
Samsung OneUI 7.0 istifadəçi interfeysinin beta testinə nə zaman start veriləcək?
Samsung OneUI 7.0 istifadəçi interfeysinin beta testinə nə zaman start veriləcək?
Samsung şirkəti hal-hazırda aktiv şəkildə öz yeni istifadəçi interfeysi üzərində çalışır. Söhbət, Samsung OneUI 7.0-dan gedir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!