Samsung dünən Galaxy S25 smartfon seriyasının təqdimatını rəsmi şəkildə anons etdi. Şirkətin anonsuna əsasən Galaxy S25 smartfon seriyası 22 yanvar tarixində təqdim olunacaq. Bununla yanaşı şirkət rəsmi şəkildə açıqladı ki, 22 yanvar tarixində 3 ədəd deyil, 4 ədəd smartfon təqdim ediləcək. Çox güman ki, dördüncü smartfon məhz Galaxy S25 Slim modeli olacaq. İndi isə Roland Quandt adlı məşhur insayder Galaxy S25, S25+ və S25 Ultra-nın rəsmi render fotolarını təqdim edib. Məlumatda qeyd edilib ki, təqdim edilmiş render fotolarda smartfonlar Icy Blue gövdə rəngində əks olunublar. Fotolardan da görmək olar ki, hər 3 smartfon keys daxilində yerləşir. Qeyd etmək lazımdır ki, hər 3 smartfonun Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.