ASUS şirkəti 19 noyabr tarixində ASUS ROG Phone 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. ASUS ROG Phone 9 və ROG Phone 9 Pro. Təqdimata sayılı günlər qalmış Roland Quandt adlı məşhur insayder ROG Phone 9 Pro-nun render fotolarını təqdim edib. Daha öncə adi ROG Phone 9-un ortaya çıxmış fotolarından belə qənaətə gəlmək olar ki, Pro versiya xarici görünüşcə adi versiyaya bənzəyəcək. Smartfonun arxa panelində 5 bucaqlı formada kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Son məlumat sızıntılarına əsasən smartfon 6.78 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.