main-post-cover

    Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib

    Cihazlar+
    10.04.2025
    Emil Nəcəfov
         Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib. Verilmiş məlumata əsasən Red Magic 10 Air smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Shadow Black, Frost Blade White Flame Orange. Fotolardan da görmək olar ki, bu yeni smartfon yastı gövdə dizaynını əldə edib və özündə üçlü arxa kameranı birləşdirir. Üstəlik Red Magic 10 Air-in ekranı üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Bu isə o deməkdir ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Üstəlik ekran ətrafı çərçivələr də olduqca nazikdir. Bundan əlavə olaraq rəsmi şəkildə təsdiqlənib ki, Red Magic 10 Air-in gövdə qalınlığı 7.85 mm təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib
    red-magic-nazik-govdeli-yeni-gaming-smartfonunun-teqdimatini-anons-edib
    Red Magic Gaming Tablet Pro gaming planşetinin qlobal versiyası anons edilib
    red-magic-gaming-tablet-pro-gaming-plansetinin-qlobal-versiyasi-anons-edilib
    Red Magic Tablet 3D Discovery Edition planşeti təqdim edilib - QİYMƏTİ
    red-magic-tablet-3d-discovery-edition-planseti-teqdim-edilib-qiymeti
    Red Magic Gaming Tablet Pro planşeti təqdim edilib - QİYMƏTİ
    red-magic-gaming-tablet-pro-planseti-teqdim-edilib-qiymeti
    Red Magic öz yeni gaming planşetinin xarici görünüşünü sərgiləyib
    red-magic-oz-yeni-gaming-plansetinin-xarici-gorunusunu-sergileyib