Trump Mobile telefonu aylarla gecikir: T1 hələ də ortada yoxdur
Cihazlar+
24.11.2025
Sevinc Miralizade
Technote.az NBC News platformasına istinadən bildirir ki, Donald Trump-ın ailəsi tərəfindən təqdim olunan və “Made in the USA” şüarı ilə elan edilən Trump Mobile T1 smartfonu aylarla gecikir və hələ də real məhsul olaraq ortaya çıxmayıb.
İyun ayında Trump-ın iki oğlu Trump Tower-də keçirilən tədbirdə Amerika bayrağı ilə bəzədilmiş, ABŞ-də istehsal olunduğu iddia edilən yeni smartfonu və Trump Mobile adlı mobil rabitə xidmətini təqdim etmişdilər. Elan zamanı telefonun avqustda satışa çıxacağı bildirilmişdi. Lakin üç ay keçməsinə baxmayaraq, telefonun mövcudluğuna dair heç bir əlamət yoxdur.
NBC News avqust ayında 499 dollarlıq T1 modeli üçün 100 dollarlıq depozit ödəyərək sifariş verib və təsdiq e-poçtu alıb. Lakin şirkət bundan sonra heç bir yeniləmə paylaşmayıb. Sentyabr–Noyabr ayları ərzində müştəri xidmətinə 5 dəfə zəng edilsə də, dəqiq məlumat əldə olunmayıb. Oktyabrda operator telefona 13 noyabr göndərilmə tarixi verib, lakin həmin tarix keçdikdən sonra yenidən dekabrın əvvəli cavabı verilib.
Trump Mobile T1 telefonla birlikdə 47,45 dollar aylıq 5G tarif planı da elan etmişdi. Tarifə limitsiz danışıq, mesaj, internet və virtual tibbi xidmətlər daxil olacağı bildirilmişdi. Lakin sonradan şirkətin saytı səssizcə yenilənib, dizayn və istehsal detalları dəyişdirilib. Sayt artıq konkret buraxılış ayını göstərmir, lakin hələ də 100 dollarlıq depozit toplanır.
İlkin təqdimatda T1 arxa hissəsində iPhone-a bənzər üç kameralı dizaynla göstərilmişdi. Avqustda isə Trump Mobile-ın X hesabında tam fərqli, bir neçə kamerası olan başqa görüntü paylaşılıb. The Verge bu görüntünün Samsung Galaxy S25 Ultra renderi olduğunu aşkar edib. Telefon aksesuar istehsalçısı Spigen isə görüntünün öz məhsul fotoşəkli üzərində edildiyini iddia edərək hüquqi addım atacağını bildirib, lakin NBC News hazırda belə bir iddia ilə bağlı heç bir məhkəmə işi tapa bilməyib.
İyunda şirkət həmçinin saytdan “Made in the USA” ifadəsini də çıxarıb. Sənaye mütəxəssisləri telefonun sürətli şəkildə ABŞ-də tam istehsal olunmasının real olmadığını bildirirlər. "Purism" şirkətinin qurucusu Todd Weaver deyir ki, ABŞ-də smartfon istehsalı üçün lazımi kadr və proses zənciri yoxdur və bunu yaratmaq çox vaxt tələb edir. Onun Liberty Phone modeli ideyadan istehsala 6 ilə başa gəlib və qiyməti 2000 dollardır. Hətta bu model belə tamamilə Amerika mənşəli deyil. Bəzi materiallar ABŞ, Kanada, Avropa, digərləri isə Çin və Hindistandan gəlir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon cihazları iPhone-lara Quick Share ilə fayl ötürə biləcək
Snapdragon cihazları iPhone-lara Quick Share ilə fayl ötürə biləcək
Qualcomm təsdiqləyib ki, Android-dən Apple cihazlarına fayl paylaşmaq imkanı yaxın vaxtlarda Snapdragon çipləri ilə işləyən cihazlarda aktivləşdiriləcək.
Apple limitli sayda MagSafe iPhone tutacağını satışa çıxarıb
Apple limitli sayda MagSafe iPhone tutacağını satışa çıxarıb
Apple yeni limitli MagSafe iPhone tutacağını rəssam Bailey Hikawa ilə birlikdə təqdim edib.
Pixel 10 artıq iPhone-larla AirDrop vasitəsilə fayl paylaşa bilir
Pixel 10 artıq iPhone-larla AirDrop vasitəsilə fayl paylaşa bilir
Pixel 10 artıq Quick Share vasitəsilə iPhone-ların AirDrop funksiyası ilə qarşılıqlı şəkildə fayl göndərib qəbul edə bilir.
Donald Trump Binance birjasının keçmiş rəhbəri Changpeng Zhao-nu əfv edib
Donald Trump Binance birjasının keçmiş rəhbəri Changpeng Zhao-nu əfv edib
ABŞ-ın hazırkı prezidenti Donald Trump və onun yaxın biznes çevrəsi ümumilikdə kriptovalyutalara dair mütərəqqi baxışlara malikdir, buna görə də əvvəlcə məhkum edilmiş Binance kriptovalyuta birjasının qurucusu Changpeng Zhao-nun əfv olunması müəyyən mənada ABŞ lideri üçün məntiqli addım sayılır.
Donald Trump TikTok-u xilas etdiyini açıqlayıb
Donald Trump TikTok-u xilas etdiyini açıqlayıb
2024-cü il seçkilərindən sonra ilk dəfə olaraq ABŞ prezidenti Donald Trump və vitse-prezident J.D. Vance dünən TikTok-a geri dönüblər. Onların platformadan uzun müddət uzaq qalmaları administrasiyanın TikTok-un amerikalı investorlar tərəfindən alınması uğrunda apardıqları mübarizə ilə əlaqədar idi.
Həftənin xəbərləri