main-post-cover

    Verizon yeni müştərilərə pulsuz "Apple" cihazları verir!

    Cihazlar+
    27.11.2025
    Sevinc Miralizade
        Technote.az "ZDNET" platformasına istinadən bildirir ki, Black Friday yaxınlaşdıqca ABŞ operatorları arasında rəqabət daha da güclənir. Verizon isə bu dəfə diqqətçəkən super kampaniya ilə gündəmdədir. Şirkət rəsmi saytında elan edib ki, seçilmiş Unlimited tariflərinə qoşulan yeni müştərilər iPhone 17 Pro Max, A16 iPadApple Watch Series 11 cihazlarını tamamilə pulsuz əldə edə bilərlər. Üstəlik heç bir köhnə cihazı təhvil vermədən.
        Bu üç Apple cihazı ayrıca alındıqda ümumilikdə 2.000 dollardan çox edir, buna görə təklif Black Friday çərçivəsində ən sərfəli paketlərdən biri hesab olunur. Benzər şəkildə T-Mobile də paralel kampaniya həyata keçirir. iPhone 17 Pro Max-ı pulsuz əldə etmək üçün müştəri Verizon-un Unlimited Ultimate (aylıq 90$) və ya Unlimited Plus (aylıq 80$) tariflərindən birinə yeni xətt qoşmalıdır. Qiymətlər Auto Pay aktiv olduqda keçərlidir və 3 il ərzində dəyişməyəcək.
        iPad və Apple Watch üçün isə daha geniş seçim var: bu cihazlar yeni xətt açıldıqda Verizon-un Welcome, Unlimited və ya Unlimited Plus paketləri üzrə də pulsuz təklif olunur. Apple Watch isə əlavə olaraq Number Share planlarında da pulsuz verilir. Həmçinin yalnız müəyyən yaddaş konfiqurasiyaları kampaniyaya daxildir.
    • iPhone 17 Pro Max üçün yalnız 256 GB versiyası tam pulsuzdur. Daha yüksək yaddaş seçimləri üçün əlavə ödəniş tələb olunur.
    • iPad A16 yalnız 128 GB versiyasında verilir.
    • Apple Watch Series 11 isə yalnız 42 mm Alüminium modeli ilə təqdim olunur.
        Rəng və kəmər ölçüsü qiymətə təsir göstərmir. iPhone-u daha ucuz Unlimited Welcome planına qoşmaq da mümkündür, lakin bu zaman aylıq əlavə 10 $ ödənilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 17 Pro-nun buxar kameralı soyutma sistemi yeni reklamla nümayiş olunub
    iphone-17-pro-nun-buxar-kamerali-soyutma-sistemi-yeni-reklamla-numayis-olunub
    Verizon 13 min əməkdaşını ixtisar edir!
    verizon-13-min-emekdasini-ixtisar-edir
    Kontakt.az-da iPhone 17 Pro Max satışları sürətlə davam edir
    kontaktaz-da-iphone-17-pro-max-satislari-suretle-davam-edir
    Satışların startında iPhone 17 Pro və iPhone 17 Pro Max-a tələbat olduqca yüksək olub
    satislarin-startinda-iphone-17-pro-ve-iphone-17-pro-max-a-telebat-olduqca-yuksek-olub
    iPhone 17 seriyasına tələbat gözləniləndən yüksək olub
    iphone-17-seriyasina-telebat-gozlenilenden-yuksek-olub